Prezident: Səudiyyə Ərəbistanının ədalətli mövqedən çıxış etməsi Azərbaycan tərəfindən yüksək qiymətləndirilir

Prezident: Səudiyyə Ərəbistanının ədalətli mövqedən çıxış etməsi Azərbaycan tərəfindən yüksək qiymətləndirilir

Prezident İlham Əliyev Azərbaycanla Səudiyyə Ərəbistanı arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib.

APA xəbər verir ki, bu barədə dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edən zaman bildirib.

Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının İslam həmrəyliyi prinsipindən çıxış edərək Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan ilə diplomatik əlaqələr qurmamasını xatırladaraq, İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu cür ədalətli mövqedən çıxış etməsinin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.