“Hizbullah” İsrail bazasına raket zərbələri endirib

“Hizbullah” İsrail bazasına raket zərbələri endirib

“Hizbullah” qüvvələri İsrailin şimalındakı Meron Hərbi Hava Qüvvələri (HHQ) bazasında yerləşən hava əməliyyatlarına nəzarət və radioelektron döyüş mərkəzinə raket zərbələri endirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə qruplaşmanın teleqram kanalında yerləşdirilən məlumatda deyilir.

“Bu əməliyyat Qəzza zolağında Fələstinə dəstək və Livanın şərqindəki Baalbek şəhərinə təcavüzkar hücuma cavab olaraq həyata keçirilib”, - məlumatda qeyd edilib.