Azərbaycana xaricdən pul köçürmələri 54 % azalıb

Azərbaycana xaricdən pul köçürmələri 54 % azalıb

2023-cü ildə Azərbaycana 1 milyard 655 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 54,3 % azdır.