Hafiz Səfixanov: Minalanmış ərazilərin 211 min 800 hektarı yüksək səviyyədə çirklənib

Hafiz Səfixanov: Minalanmış ərazilərin 211 min 800 hektarı yüksək səviyyədə çirklənib

Minalanmış ərazilərin 211 min 800 hektarı yüksək səviyyədə çirklənib.

“Birxeber.Az”un xəbərinə görə, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"ın təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda 1 milyon 166 min 702 hektar ərazi minalardan çirklənib: "Bu da yalnız azad edilmiş bölgələrə aiddir. Tədqiqata əsasən, minalı ərazilərin 211 min 800 hektarında yüksək səviyyədə çirklənmə qeydə alınıb. Digər ərazilərdə isə orta və aşağı səviyyədə minalarla çirklənmə var".