​​​​​​​Bakı-Quba yolunda avtomobil aşıb, Rusiya vətəndaşları xəsarət alıb

​​​​​​​Bakı-Quba yolunda avtomobil aşıb, Rusiya vətəndaşları xəsarət alıb

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az-nın Şimal bürosu xəbər verir ki, “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər xəsarət alıb. Avtomobildə olanlar, Rusiya vətəndaşları 1961-ci il təvəllüdlü Mustafayeva Fetima Sultanova, 1980-cı il təvəllüdlü Mustafayev Memet Qasım oğlu və 1998- cı il təvəllüdlü Mustafayev İgramedin Zakireviç müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağli araşdırma aparılır.