Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Azərbaycanın kikboksinq yığması Avropa çempionatına hazırlaşır

Kikboksinq üzrə Azərbaycan Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma millisi ilin son yarışına hazırlıqlarını baş məşqçi Elşən Abdulrəhimovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun zalında keçir.

Qarşıdakı qitə çempionatı 2023-cü il 21 iyun - 2 iyulda Polşanın Krakuf şəhəri və Malopolska bölgəsində təşkil olunacaq III Avropa Oyunlarına, eləcə də gələn il 5 - 14 oktyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq III Ümumdünya Kombat Oyunlarına lisenziya verir. "Full contact" üzrə 5, "Low kick" üzrə 6 çəki dərəcəsi üzrə lisenziya döyüşləri keçiriləcək. "Full contact"da "8-liy"ə düşənlər Avropa Oyunlarına, "Low kick"də "4-lüy"ə düşən idmançılar isə Ümumdünya Kombat Oyunlarına lisenziya qazanacaq.

Milli komanda ilə məşq edən heyətdə ötən ay gənclər arasında dünya çempionatında qızıl medal qazanmış Amin Quliyev və Elvin Məmmədov da var. Onlar üçün bu Avropa çempionatı böyüklərin yarışında debüt olacaq.

Hazırlıq prosesini dəyərləndirən Elşən Abdulrəhimov milli komandanın Avropa çempionatı üçün son məşqlərini keçdiyini bildirib: "Hədəfimiz həm Avropa Oyunları və Ümumdünya Kombat Oyunlarına lisenziya qazanmaq, həm də Avropa çempionatından Vətənə qızıl medalları gətirməkdir. Yarışda ölkəmiz 40 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. Bunlardan 5-i məşqçi, 35-i idmançıdır. Nümayəndə heyətinin rəhbəri federasiyanın I vitse-prezidenti Ramal Aslanov olacaq. O özü də "Full contact"ın 75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Bu çəki həm də Avropa Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda həmçinin 2 qadın və 2 veteran idmançı ilə də təmsil olunacağıq. Veteranlardan biri tanınmış kikboksçumuz Eduard Məmmədov olacaq. Artıq Eduardın veteranlar arasında 3 dünya çempionluğu var. İndi o, veteranlar arasında Avropa çempionu olmağa çalışacaq".

Milli komandanın böyük məşqçisi Telman Məhərrəmov bu yarışdan da böyük nəticələr gözlədiklərini gizlətməyib: "Nəticələrin bizim üçün önəmi var. Çünki bəzi çəki dərəcələri Avropa Oyunlarına, bəziləri də Ümumdünya Kombat Oyunlarına lisenziya verəcək. Ümumilikdə Avropa çempionatı hər bir idmançıya reytinq xalı qazandırır. Burada yaxşı nəticə göstərənlər növbəti il keçiriləcək dünya çempionatına yüksək reytinqlə daxil olur və ilk döyüşlərdə nisbətən zəif rəqiblərlə qarşılaşmaq imkanı əldə edirlər. Neçə medal qazanacağımızla bağlı proqnoz vermək istəmirəm. Amma gənclərin son dünya çempionatı göstərdi ki, kikboksinq Azərbaycanda inkişafdadır. Ümid edirəm ki, bu Avropa çempionatında rekord nəticə göstərəcəyik. Yarış qardaş ölkədə keçirildiyi üçün İslam Həmrəyliyliyi Oyunlarında olduğu kimi, burada da özümüzü yad hiss etməyəcəyik".

Kikboksçu Camal Məmmədov qitə çempionatına yüksək səviyyədə hazırlıq getdiyini və hər şeyin qaydasında olduğunu vurğulayıb: "Məqsədimiz Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldırmaqdır. 2019-cu ildə Antalyada keçirilmiş dünya çempionatında və bu il Konyadakı İslamiadada finalçı olmuşam. Ümid edirəm ki, bu dəfə Türkiyədə medalın əyarını dəyişib Avropa çempionu olaram".

Yığmanın digər üzvü Rəhim Əliyev isə İslamiadada gümüş medal qazandığını xatırladıb: "Onda qızıl medal qazanmaq qismət olmamışdı. Bu dəfə də yarış Türkiyədə keçiriləcək. İnanıram ki, bu dəfə qızıla sahib çıxaram".

Qeyd edək ki, Avropa çempionatı 14 - 19 noyabrda keçiriləcək. Milli komanda Türkiyəyə noyabrın 12-də yola düşəcək.

Fərdi Fərdi
Fərid Qayıbov: “Çox istəyərik ki, gümüş medal sonuncu olmasın”

Fərid Qayıbov: “Çox istəyərik ki, gümüş medal sonuncu olmasın”

Fərdi Fərdi
AGF-in baş katibi: "Selcan Mahsudovanın finallara yüksələcəyinə inanırıq"

AGF-in baş katibi: "Selcan Mahsudovanın finallara yüksələcəyinə inanırıq"

Fərdi Fərdi
Azərbaycan şahmatçısı dünya yığmasına dəvət olunub

Azərbaycan şahmatçısı dünya yığmasına dəvət olunub

Fərdi Fərdi
Mundialın texniki nümayəndəsi: “Azərbaycan bu məsələdə bizimlə çox gözəl əməkdaşlıq edir”

Mundialın texniki nümayəndəsi: “Azərbaycan bu məsələdə bizimlə çox gözəl əməkdaşlıq edir”

Fərdi Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu Ermənistan təmsilçisinə qalib gəlib - YENİLƏNİB - 7

Dünya çempionatı: Azərbaycan cüdoçusu Ermənistan təmsilçisinə qalib gəlib - YENİLƏNİB - 7

Fərdi Fərdi
Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə gümüş medal qazanıb

Fərdi Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi iranlı rəqibinə qalib gələrək finala yüksəlib - YENİLƏNİB

Dünya çempionatı: Azərbaycan güləşçisi iranlı rəqibinə qalib gələrək finala yüksəlib - YENİLƏNİB

Fərdi Fərdi
82 yaşlı amerikalı qadın dünyanın ən yaşlı xokkeyçisi olub

82 yaşlı amerikalı qadın dünyanın ən yaşlı xokkeyçisi olub

Fərdi Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi Fərdi
Ötən il Naxçıvan idmançıları 131 qızıl medal qazanıb

Ötən il Naxçıvan idmançıları 131 qızıl medal qazanıb

Fərdi Fərdi
UWW-dən Rafiq Hüseynova təbrik: "Hər səviyyədə uğurla dolu əfsanəvi karyera"

UWW-dən Rafiq Hüseynova təbrik: "Hər səviyyədə uğurla dolu əfsanəvi karyera"

Fərdi Fərdi
Rəşad Rəsullu Kəramət Hüseynovdan narazıdır: “Nizam-intizamla bağlı problemi var”

Rəşad Rəsullu Kəramət Hüseynovdan narazıdır: “Nizam-intizamla bağlı problemi var”