EBRD Azərbaycana "yaşıl" keçid üçün ilk kreditini ayırır

EBRD Azərbaycana "yaşıl" keçid üçün ilk kreditini ayırır

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şürası mayın 1-də “AzərEnerji” ASC-yə 30 milyon ABŞ dolları məbləğinədək olan kreditin ayrılmasına baxacaq.

“Birxeber.Az” bu barədə EBRD-yə istinadən xəbər verir. Borcalan qismində Maliyyə Nazirliyi, icraçı qismində isə “AzərEnerji” ASC çıxış edəcək. Layihənin ümumi dəyəri 30 milyon ABŞ dolları təşkil edir.

Məlumata görə, kredit vasitəsi ilə Azərbaycanda fəaliyyət göstərən 4 yarımstansiyanın gücləndirilməsi üçün avtotransformator avadanlığının alınması maliyyələşdiriləcək.

Layihə Azərbaycanın bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təmilləşdirməyə kömək edəcək.

Layihənin uğurla həyata keçirilməsi ölkədə bərpa olunan enerji layihələrinin inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edən şəbəkənin gücləndirilməsi layihələri üçün nümunə olacaq.