Azərbaycan Həndbol Federasiyasının rəsmisi Türkiyə millisinin oyununa təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının rəsmisi Türkiyə millisinin oyununa təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.

“Report”un məlumatına görə, beynəlxalq dərəcəli nümayəndə qadın həndbolçulardan ibarət AVRO-2024-ün seçmə qrup mərhələsi matçında iş başında olacaq.

O, VI qrupun III turunda Bolqarıstanla Türkiyə yığmaları arasında birincilərin meydançasında baş tutacaq qarşılaşmada Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək. Görüş fevralın 28-də Şumen şəhərində yerləşən “Şumen Arena”da təşkil olunacaq. Oyunun hakimləri Albaniyadan Şerif Çema və Besfort Çaka olacaqlar.

Qeyd edək ki, Türkiyə yığması hazırda 1 xalla üçüncü pillədə qərarlaşıb. Sonuncu sıradakı Bolqarıstanın hesabında isə xal yoxdur.