Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyun keçiriləcək.
"Report"un məlumatına görə, 12 oyundan sonra 36 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" 15 xalla 6-cı pillədə yer alan "Turan Tovuz"un qonağı olacaq. Tovuz şəhər stadionundakı qarşılaşma saat 14:30-da başlayacaq.
Görüşün baş hakimi Tural Qurbanov olacaq.
Azərbaycan Premyer Liqası
III turdan təxirə salınmış oyun
9 noyabr (çərşənbə)
14:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
Tovuz şəhər stadionu.