Sumqayıtda evə basqın edərək üç nəfərin qətlində şübhəli bilinən şəxsin həbs müddəti uzadılıb

Sumqayıtda evə basqın edərək üç nəfərin qətlində şübhəli bilinən şəxsin həbs müddəti uzadılıb

Sumqayıtda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin həbs müddəti 4 ay uzadılıb.

"Birxeber.Az"un əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində şəhər prokurorluğunun təqdimatı əsasında bununla bağlı qərar qəbul olunub.

Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar.

Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.