AMB yanvar ayı üçün vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

AMB yanvar ayı üçün vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Bu ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankına (AMB) “Whatsapp” üzərindən 203 müraciət daxil olub.

“Birxeber.Az” bu barədə AMB-yə istinadən xəbər verir.

Bundan başqa, ötən ay quruma 1 381 nəfər yazılı müraciət edib, 5 821 zəng daxil olub ki, bunun da 1 629-u banklarla, 645-i sığorta, 1-i kapital bazarı və 3 546-sı isə digər məsələlərlə bağlı olub.

Həmçinin, yanvarda AMB-də 172 vətəndaş qəbul edilib.