Beynəlxalq Ticarət Palatasının Baş katibi ilə COP29-a hazırlıq işləri müzakirə olunub

Beynəlxalq Ticarət Palatasının Baş katibi ilə COP29-a hazırlıq işləri müzakirə olunub

Beynəlxalq Ticarət Palatasının Baş katibi Con Denton ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə Birxeber.Az-ya ETSN-dən bildirilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.