Peruda 20 bölgədə fövqəladə vəziyyət elan edilə bilər

Peruda 20 bölgədə fövqəladə vəziyyət elan edilə bilər

Peru hakimiyyət orqanları denge qızdırmasına yoluxma hallarının sayının artması ilə əlaqədar ölkənin 20 regionunda fövqəladə vəziyyətin tətbiqi barədə fərman hazırlayır.

“Birxeber.Az”un məlumatına görə, bu barədə RPP radiostansiyası məlumat yayıb.

“Denq virusunun yayılması ilə əlaqədar 20 bölgə üçün səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilməsi nəzərdən keçirilir. Fərmanın təfərrüatları yaxın saatlarda təsdiqlənməsi üçün yekunlaşdırılır”, - Perunun səhiyyə naziri Sezar Vazkes Sançes bildirib.

Qeyd olunub ki, cari ildə ölkədə 24,981 virusa yoluxma hadisəsi qeydə alınıb və 28 nəfər ölüm.

Xatırladaq ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge qızdırması virus infeksiyasıdır. Yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları xəstəliyin əsas əlamətləridir. Dünya Səhiyyə Təşkilatı denge xəstəliyini insan sağlamlığı üçün ən böyük təhdidlər siyahısına daxil edib.