Tokio Qəzza zolağına on milyonlarla dollar yardım edəcək

Tokio Qəzza zolağına on milyonlarla dollar yardım edəcək

Yaponiya hökuməti Qəzza zolağının sakinlərinə 32 milyon dollar məbləğində növbəti yardım edəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava mətbuat konfransında bildirib.

“Yardım beynəlxalq təşkilatlar vasitəsilə həyata keçiriləcək”, - deyən nazir, vəsaitin ərzaq və tibbi yardım üçün istifadə olunacağını vurğulayıb.

Kamikava həmçinin bir daha HƏMAS və digər silahlı Fələstin qrupları tərəfindən İsrailə qarşı terror hücumlarını pisləyib, eyni zamanda girovların dərhal azad edilməsinə və mülki şəxslərin təhlükəsizliyinə çağırıb.