Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb

Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürüb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 2 tapança, 4 qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 105 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.