Çexiya Ukraynaya hərbçi göndərmək niyyətində deyil

Çexiya Ukraynaya hərbçi göndərmək niyyətində deyil

Çexiya öz hərbi personalını Ukraynaya göndərməyi planlaşdırmır.

“Report” xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala deyib.

“Çexiya Ukraynaya öz hərbi qulluqçularını göndərmək niyyətində deyil”, - deyə siyasətçi bildirib.

Baş nazir Ukraynanın hərbi yardım göstərməsinə ehtiyac olduğu fikrini bildirib. Belə ki, ölkə bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri üçün Avropa İttifaqının üzvü olmayan ölkələrdə sursat almaq təşəbbüsü ilə çıxış edib.