Bakıda mağazada 33 yaşlı kişi öldürülüb, saxlanılan var

Bakıda mağazada 33 yaşlı kişi öldürülüb, saxlanılan var

Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, Koroğlu metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Birxeber.Az"a Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, yanvarın 24-də paytaxtın Nizami rayonunda küçələrin birində 1991-ci il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Hüseynov Əhməd Balaəli oğlu könüllü polisə gələrək cinayət hadisəsini onun törətdiyini bildirib.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.