Biləsuvarda avtomobil aşıb, sürücü ağır yaralanıb

Biləsuvarda avtomobil aşıb, sürücü ağır yaralanıb

Biləsuvar rayonunda 53 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Birxeber.Az” xəbər verir ki, 1971-ci il təvəllüdlü Ağayev İlqar Yunsur oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.