İmişlidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası baş tutub

İmişlidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası baş tutub

İmişli rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı növbəti ağacəkmə aksiyası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, İmişli-Qaradonlu avtomobil yolunun kənarında baş tutan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına, artırılmasına yönəltmək və təbiətə töhfə verməkdir.

Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri aparılıb, rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 300-ə yaxın ağac əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.