İlham Əliyev: "Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər"

İlham Əliyev: "Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər"

"Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər".

"Report" xəbər verir ki, bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.

"Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi. Eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqlar mənim apardığım siyasət nəticəsində daha sıx birləşdilər. Mən dəfələrlə deyirdim, bu gün də deyirəm, biz böyük ailəyik. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Baxın, biz başqa ölkələrin timsalında milli, dini, etnik zəmində narazılıq, toqquşma, inamsızlıq görürük. Azərbaycanda nə görürük - birlik, qardaşlıq, dostluq! Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir", - dövlət başçısı bildirib.

Daxili siyasət Daxili siyasət
Azərbaycan Prezidenti: "Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik"

Azərbaycan Prezidenti: "Biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik"

Daxili siyasət Daxili siyasət
Anar Bağırov: "Sürəyya Ağaoğlunun yubileyini Şuşada qeyd etmək istəyirik"

Anar Bağırov: "Sürəyya Ağaoğlunun yubileyini Şuşada qeyd etmək istəyirik"

Daxili siyasət Daxili siyasət
PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli - SİYAHI

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli - SİYAHI

Daxili siyasət Daxili siyasət
Dövlət Agentliyində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Dövlət Agentliyində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
İlham Əliyev: “Bu günədək 13 min şəhid ailəsi və müharibə əlili dövlət dəstəyindən faydalanıb”

İlham Əliyev: “Bu günədək 13 min şəhid ailəsi və müharibə əlili dövlət dəstəyindən faydalanıb”

Daxili siyasət Daxili siyasət
Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edilib

Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edilib

Daxili siyasət Daxili siyasət
Bakı İnzibati Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Bakı İnzibati Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Daxili siyasət Daxili siyasət
FHN-in Muğan Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

FHN-in Muğan Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Hataydan Bakıya gələn qadın: "Üç gün çadırda qalandan sonra Azərbaycana təxliyə edildim"

Hataydan Bakıya gələn qadın: "Üç gün çadırda qalandan sonra Azərbaycana təxliyə edildim"

Daxili siyasət Daxili siyasət
Yanvarın 20-də Bakıda bağlanacaq yollar açıqlanıb

Yanvarın 20-də Bakıda bağlanacaq yollar açıqlanıb

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev: "Gün gələcək Qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar"

Prezident İlham Əliyev: "Gün gələcək Qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar"

Daxili siyasət Daxili siyasət
Prezident: "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib"

Prezident: "Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib"