Macarıstan prezidenti istefaya göndərilib

Macarıstan  prezidenti istefaya göndərilib

Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın istefasını qəbul edib.

Birxeber.Az xəbər verir ki, Milli televiziyada yayımlanan iclasda deputatlar dövlət başçısının istefaya getməsi ilə bağlı bəyanatını yekdilliklə təsdiqləyiblər.
Novak istefasını fevralın 10-da pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini etiraf edib və vəzifəsini tərk etmək qərarına gəlib. Parlamentin iclasında çıxış edən baş nazir Viktor Orban ona gördüyü işlərə görə təşəkkür edib.