AAYDA: “Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətində çətinlik yoxdur”

AAYDA: “Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətində çətinlik yoxdur”

Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, agentlik tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda gecə və gündüz saatlarında hərəkətin fasiləsizliyi və təhlükəsizliyini təmin etmək istiqamətində işlər davam etdirilib: “Magistral yolun qardan təmizlənməsi, buz bağlamış hissələrinə qum-duz qarışığının səpilməsi işləri aparılıb: “Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur”.

Qurum sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə edir.