Tərtər sakinləri olan ata və qız bıçaqlanıb

Tərtər sakinləri olan ata və qız bıçaqlanıb

Azərbaycanda bıçaqlanma hadisəsi olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, rayon sakinləri, 27 yaşlı A.Mirzəyeva və onun atası 74 yaşlı Z.Əliyev mübahisə zəminində bıçaqlanıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, hadisəni törətməkdə şübhəli bilinən qızın həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır.