Şirvan Təhsil Sektoruna yeni müdir təyin olunub 

Şirvan Təhsil Sektoruna yeni müdir təyin olunub 

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər Təhsil Sektoruna yeni müdir təyinatı olub.

"Report"un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Müvafiq əmrlə bu vəzifəyə Varis Qasımlı təyin olunub.

Qeyd edək ki, V.Qasımlı bu təyinata qədər Şirvan-Salyan Regional Təhsil İdarəsində aparıcı məsləhətçi çalışıb.