MN-dəki 1,5 milyon manatlıq mənimsəmə üzrə məhkəmə başlayır

MN-dəki 1,5 milyon manatlıq mənimsəmə üzrə məhkəmə başlayır

Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Birxeber.Az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub.

Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı onun 1.5 milyon manat mənimsədiyi məlum olub .

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. S.Hacıyev qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını deyib.