Çexiyada qatar qəzaya uğrayıb, ölən və yaralananlar var

Çexiyada qatar qəzaya uğrayıb, ölən və yaralananlar var

Çexiyanın şimal-şərqindəki Karvina şəhəri yaxınlığında sərnişin qatarı ilə yük maşınının toqquşması nəticəsində qatarın maşinisti həlak olub, 16 sərnişin yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Çex Dəmir Yolları” şirkətinin rəhbərliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün qatar yük maşını ilə toqquşub. Maşinist həlak olub. Avtomobil dəmiryol keçidində qatarın yolunu kəsib. İlkin məlumata görə, qatarın 16 sərnişini xəsarət alıb", - paylaşımda qeyd edilib.

Məlumata görə, qatarda ümumilikdə 35 sərnişin olub, onlar təxliyə edilib.