Estoniyanın müdafiə naziri: ABŞ Ukraynadakı müharibədən tamamilə çəkilə bilər

Estoniyanın müdafiə naziri: ABŞ Ukraynadakı müharibədən tamamilə çəkilə bilər

ABŞ Ukraynadakı müharibədən tamamilə çəkilə bilər.

“Report” xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur “Guardian” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-nin oyundan çıxacağı təqdirdə Avropanın Ukraynaya dəstəyinin daha da gücləndirilməsi ilə bağlı fəal müzakirələr gedir: “Lakin Avropa ABŞ-nin hərbi dəstəyini əvəz edə bilməyəcək”.

Nazir qeyd edib ki, Kiyevə hərbi dəstək Avropa üçün prioritet olaraq qalır: “İndi Avropa İttifaqı ölkələri bütün ehtiyatlarını Ukrayna Silahlı Qüvvələrinə ötürməlidir”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.

Ukrayna Prezident Ofisinin müşaviri yanvarın 27-də deyib ki, Rusiya artıq genişmiqyaslı hücumlar təşkil etmək iqtidarında deyil. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, müharibə yaxın vaxtda qələbə ilə başa çatacaq. Bir çox Qərb rəsmiləri davam edən döyüşlərin Rusiya-NATO savaşına səbəb ola biləcəyini iddia edirlər.