İğdırda Zəfər Günü qeyd edilib

İğdırda Zəfər Günü qeyd edilib

Türkiyənin İğdır şəhərində Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfərin ikinci ildönümühə həsr olunmuş bayram tədbiri keçirilib.

Bu barədə "Birxeber.Az"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, şəhərin Atatürk küçəsindəki Heydər Əliyev parkında böyük coşğu ilə qeyd edilən izdihamlı tədbir Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır-Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan torpaqlarının erməni işğalından qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən İğdır-Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bu tarixi hadisəni Türkiyə-Azərbaycan qardaşlığının zirvəsi adlandırıb: “Azərbaycan türklərinin Ermənistana qarşı qazandıqları Qarabağ zəfəri Çanaqqala və Malazgirt zəfərləri kimi türk tarixinin böyük zəfərlərindəndir. Prezident İlham Əliyev 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarını azad edib, Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Xalqımıza və türk dünyasına bu sevinci yaşadan qəhrəman Azərbaycan Ordusuna təşəkkür edirik. 44 günlük Vətən müharibəsində Qələbə uğrunda canlarını fəda etmiş 3 min şəhidin əziz xatirəsi önündə ehtiramla baş əyirik. II Vətən Müharibəsi Türkiyə-Azərbaycan birliyini, türk millətinin gücünü bir daha dünyaya göstərdi. “Qarabağ qələbəsi ilə Azərbaycan yeni dastan yazdı. Türk Birliyi xəyalımız indi hər zamankından daha yaxındır. Hamı gördü ki, bu, xəyal deyil”.

Bildirilib ki, işğalın bitməsi uğrunda mübarizə yeni türk dastanları yaradır, dünya türklüyünü sevincə, xoşbəxtliyə aparır: “Ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsini şüar kimi qəbul etdik. Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Ona görə də bu gün sevincimizi bölüşmək və birlikdə qeyd etmək üçün bir yerdəyik. Qarabağ Zəfəri mübarək olsun!”

İğdır vilayətinin bələdiyyə sədrlərinin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, yerli sakinlərin qatıldığı tədbir bədii proqramla davam edib.

Diaspor Diaspor
Vilnüsdə litvalı jurnalistin “Xocalıya ədalət” adlı fotosərgisi təqdim olunub

Vilnüsdə litvalı jurnalistin “Xocalıya ədalət” adlı fotosərgisi təqdim olunub

Diaspor Diaspor
Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub

Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub

Diaspor Diaspor
Azərbaycanlılar BMT-nin Gürcüstan ofisi qarşısında aksiya keçiriblər

Azərbaycanlılar BMT-nin Gürcüstan ofisi qarşısında aksiya keçiriblər

Diaspor Diaspor
IV Yay Düşərgəsi çərçivəsində “Azərbaycanın müstəqillik tarixi”nə həsr olunan panel keçirilib

IV Yay Düşərgəsi çərçivəsində “Azərbaycanın müstəqillik tarixi”nə həsr olunan panel keçirilib

Diaspor Diaspor
Novruz bayramı Avropa Şurasında qeyd olunub 

Novruz bayramı Avropa Şurasında qeyd olunub 

Diaspor Diaspor
"Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə" videoçarxları təqdim edilib

"Xocalı soyqırımı Xocalı uşaqlarının gözü ilə" videoçarxları təqdim edilib

Diaspor Diaspor
Tallində Dövlət Bayrağı Günü və Qələbə Gününə həsr olunmuş bayram tədbirləri keçiriləcək

Tallində Dövlət Bayrağı Günü və Qələbə Gününə həsr olunmuş bayram tədbirləri keçiriləcək

Diaspor Diaspor
Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Diaspor Diaspor
Berlində “Azərbaycanda alman izləri” adlı tədbir keçirilib

Berlində “Azərbaycanda alman izləri” adlı tədbir keçirilib

Diaspor Diaspor
Parisdə Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq piket keçiriləcək

Parisdə Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq piket keçiriləcək

Diaspor Diaspor
İsveçrə azərbaycanlıları beynəlxalq birlikdən ədalət tələb edir

İsveçrə azərbaycanlıları beynəlxalq birlikdən ədalət tələb edir

Diaspor Diaspor
Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab