Azərbaycan Prezidenti: Göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin

Azərbaycan Prezidenti: Göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin

Xocalıya gəldikdə isə biz sentyabrın 20-də öz suverenliyimizi tam bərpa edəndən sonra dərhal göstəriş verdim ki, ilk növbədə, Xocalıda xocalılıların evləri bərpa edilsin.

Birxeber.Az xəbər verir ki, bunu fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

“Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmışdır. Üstəgəl Xocalının tarixi adını dəyişdirməyə çalışırdı və azərbaycanlıların evlərinə separatçıları, düşmənləri yerləşdirmişdi, o cümlədən xarici ölkələrdən. Görün, xalqımıza qarşı nə qədər böyük və çirkin cinayət törədilmişdir və yenə də deyirəm, dünya buna biganə qalmışdır. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər”, - dövlət başçısı qeyd edib.