AZAL kollektivi Xocalı qurbanlarını yad edib - FOTO

AZAL kollektivi Xocalı qurbanlarını yad edib - FOTO

Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

APA-Economics” xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşları “Ana harayı” abidəsinin önünə gül dəstələri düzüb, soyqırım qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.