Prezident İlham Əliyev: Xocalı azad olunmadan sakitləşə bilməzdik

Prezident İlham Əliyev: Xocalı azad olunmadan sakitləşə bilməzdik

Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik.

Birxeber.Az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

“Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”, - dövlət başçısı əlavə edib.