“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Zaqatalada keçiriləcək

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Zaqatalada keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Zaqatala rayonunda keçiriləcək.

“Birxeber.Az”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Zaqatalada görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” fevralın 28-də saat 16:00-dan 17:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.