"Traktor" komandası Kirmanşahda hücuma məruz qalıb

"Traktor" komandası Kirmanşahda hücuma məruz qalıb

Təbrizin "Traktor" komandası hücuma məruz qalıb.

"Birxeber.Az" yerli mətbuata istinadən xəbər verir ki, hadisə İranın Kirmanşah şəhərindəki stadionda baş verib.

Təxminən 12 nəfərin oyunçulara hücum etdiyi bildirilib.

Həmin şəxslər komanda üzvlərini döydükdən sonra şəxsi əşyaları, forma və ayaqqabıları oğurlayaraq qaçıblar.

Nəticədə 4 oyunçu xəstəxanaya yerləşdirilib.