Burkina-Fasoda silahlılar məscidə hücum edib, ölənlər var

Burkina-Fasoda silahlılar məscidə hücum edib, ölənlər var

Burkina-Fasoda silahlılar ölkənin şərqində yerləşən məscidə hücum ediblər, onlarla insanı öldürüblər.

Birxeber.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Silahlı şəxslər Natiaboanidə məscidə hücum edib, nəticədə onlarla insan ölüb.

Hücumun hansı radikal qruplaşma tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

"Öldürülənlərin hamısı müsəlmanlar, əsasən kişilərdir", - bu barədə isə yerli sakin məlumat verib.

Araşdırma aparılır.

Kamilla Kazımova