Sudan Suveren Keçid Şurasının Sədri Liviyaya gedib

Sudan Suveren Keçid Şurasının Sədri Liviyaya gedib

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Tripoliyə rəsmi səfərə gedib.

Birxeber.Az xəbər verir ki, bu barədə “Libya al-Ahrar” telekanalı məlumat yayıb.

Məlumata görə, bu səfər əl-Burhanın hakimiyyətdə olduğu dövr ərzində Liviyaya ilk səfəridir.

“Al Marsad” portalının xəbərinə görə, əl-Burhanı hava limanında Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi qarşılayıb.

Tripolidə Abdel Fattah Al-Burhanın Liviya Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dibeybə ilə görüşü gözlənilir.

Qeyd edək ki, Dibeybə fevralın 24-də Sudan münaqişəsinin tərəflərini barışdırmaq təşəbbüsü ilə çıxış edib və Al-Burhanı ölkəsinə səfərə dəvət edib.

Kamilla Kazımova