Mehdi Hüseynzadə adına stadionda işıqlandırma sistemi ilə bağlı prosedurlar yekunlaşıb

Mehdi Hüseynzadə adına stadionda işıqlandırma sistemi ilə bağlı prosedurlar yekunlaşıb

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən Azərbaycan Premyer Liqasının XXV turunda keçirilməsi nəzərdə tutulan "Sumqayıt" - "Kəpəz" oyununun başlama saatı dəyişdirilib. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da start götürəcək.

Qeyd edək ki, görüş martın 1-də reallaşacaq.