Qırğızıstanda Çexiyadan olan 4 turist qar uçqunu nəticəsində ölüb

Qırğızıstanda Çexiyadan olan 4 turist qar uçqunu nəticəsində ölüb

Qırğızıstanda Çexiyadan olan 4 turist qar uçqunu altında qalaraq ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın İssık-Kul vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Stalbek Usubakov bildirib.

Məlumata görə, hadisə İssık-Kul vilayətinin Jırqalan dərəsində baş verib.

Onun sözlərinə əsasən, Çexiyadan olan turistlər Jırqalana xizək sürmək üçün səfər edibmiş.