Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

“Konfrans Liqasının pley-off mərhələsində bütün potensial rəqiblərimiz güclü idi. Ötən il olduğu kimi, bu il də ilk olaraq bizim rəqibimiz müəyyənləşdi”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, güclü komandalardan biri ilə qarşılaşacaqlar: “Gent" ciddi rəqibdir. Belçika futbolu milli komanda səviyyəsində uğurlar əldə edib. Son illərdə klub səviyyəsində inkişaf göz önündədir. Bu mövsüm Belçikanın digər təmsilçisi “Brügge” Çempionlar Liqasında güclü komandaların yer aldığı qrupda 2-ci yeri tutaraq, mərhələ adlamağı bacarıb. Bu isə onların çempionatlarının, klublarının gücündən və rəqabətindən xəbər verir. Bu mövsüm avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq. Futbolçularıma necə güvənirdimsə, indi də elədir. Qarşıda xeyli vaxtımız var. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün izah edək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyunumuz evdə olacaq. İnanıram ki, həm evdə, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Gent” oyunu 2023-cü il fevralın 16-da baş tutacaq. Bir həftə sonra rəqiblər Belçikada üz-üzə gələcək.

Futbol Futbol
Qurban Qurbanov: "Qəbələ" asanlıqla qol buraxan komanda deyil"

Qurban Qurbanov: "Qəbələ" asanlıqla qol buraxan komanda deyil"

Futbol Futbol
Premyer Liqa: "Turan Tovuz" və "Kəpəz" meydana Türkiyəyə dəstək şüarı yazılmış bannerlə çıxıblar

Premyer Liqa: "Turan Tovuz" və "Kəpəz" meydana Türkiyəyə dəstək şüarı yazılmış bannerlə çıxıblar

Futbol Futbol
“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

Futbol Futbol
Azərbaycanın U-18 millisinin təlim-məşq toplanışı üçün heyəti bəlli olub

Azərbaycanın U-18 millisinin təlim-məşq toplanışı üçün heyəti bəlli olub

Futbol Futbol
“Real Madrid” klubu yeni kapitanlarını açıqlayıb

“Real Madrid” klubu yeni kapitanlarını açıqlayıb

Futbol Futbol
Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Futbol Futbol
Rusiya millisi İranla yoldaşlıq oyunu keçirmək istəyir

Rusiya millisi İranla yoldaşlıq oyunu keçirmək istəyir

Futbol Futbol
AVRO-2024: Azərbaycan millisinin oyunlarının başlama vaxtı müəyyənləşib

AVRO-2024: Azərbaycan millisinin oyunlarının başlama vaxtı müəyyənləşib

Futbol Futbol
Çempionlar Liqası: "Liverpul" "Real Madrid"ə, "Napoli" "Ayntraxt"a qarşı

Çempionlar Liqası: "Liverpul" "Real Madrid"ə, "Napoli" "Ayntraxt"a qarşı

Futbol Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

Futbol Futbol
Rəşad Sadiqov: "Qarabağ"ın işi çətin olacaq" - MÜSAHİBƏ

Rəşad Sadiqov: "Qarabağ"ın işi çətin olacaq" - MÜSAHİBƏ

Futbol Futbol
Yunanıstan Kuboku: Əliyar Ağayev 11 futbolçunu cəzalandırıb, qonaqların qolu ləğv edilib

Yunanıstan Kuboku: Əliyar Ağayev 11 futbolçunu cəzalandırıb, qonaqların qolu ləğv edilib