Kürdəmirdə şəhid bulağının açılışı olub

Kürdəmirdə şəhid bulağının açılışı olub

Kürdəmirdə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri, şəhid Nəzər Azizovun adını daşıyan ehsan bulağının açılışı olub.

Birxeber.Az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Bulaq şəhid ailəsinin yaxınlarının şəxsi vəsaiti hesabına rayonun Dəyirmanlı kəndində inşa olunub.

Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş Vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər N.Əzizovun keçdiyi döyüş yolundan danışıblar.

Şəhidin anası Cəmafət Əzizova dövlətin ailəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Daha sonra məktəblilərin ifasında şeir və müxtəlif kompazisiyalar ifa olunub.

Qeyd edək ki, şəhid Nəzər Ağacəli oğlu Əzizov 1991-ci ildə Bakı şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2011-ci ildə hərbi xidməti başa vurub və gizirlik kursuna yazılıb. 2012-ci ildə gizirlik kursunu bitirdikdən sonra Ağdam rayonunda xidmət edib. Sonra N.Əzizov XTQ-nin tərkibində xidmətə başlayıb.

O, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Xidməti dövründə N.Əzizov bir sıra fəxri fərman və medallarla təltif olunub.

O, Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

N.Əzizov bu ilin sentyabr ayının 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. O, Kürdəmir rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin iki övladı Vətənə əmanət qalıb.

N.Əzizov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Şücaətə görə" və 3-cü dərəcəli “Rəşadət” ordeni medalları ilə təltif edilib.

Daxili siyasət Daxili siyasət
Albaniya Prezidenti: “Heydər Əliyev dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub”

Albaniya Prezidenti: “Heydər Əliyev dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub”

Daxili siyasət Daxili siyasət
Göygöl rayon Sarısu Polis Bölməsinə yeni rəis təyin edilib

Göygöl rayon Sarısu Polis Bölməsinə yeni rəis təyin edilib

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Xronikası: “Qayıdıb ömrümün sonunadək orada yaşamaq istəyirəm”

Qərbi Azərbaycan Xronikası: “Qayıdıb ömrümün sonunadək orada yaşamaq istəyirəm”

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan İcması Ermənistan hökuməti qarşısında bir sıra tələblər irəli sürüb

Qərbi Azərbaycan İcması Ermənistan hökuməti qarşısında bir sıra tələblər irəli sürüb

Daxili siyasət Daxili siyasət
Nəzirə Nurullayeva: “Heydər Əliyev insanların qayğısına qalırdı”

Nəzirə Nurullayeva: “Heydər Əliyev insanların qayğısına qalırdı”

Daxili siyasət Daxili siyasət
Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Baş Prokurorluqda Zəfər Günü münasibətilə tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev: "Gün gələcək Qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar"

Prezident İlham Əliyev: "Gün gələcək Qərbi azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar"

Daxili siyasət Daxili siyasət
“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirilir

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçirilir

Daxili siyasət Daxili siyasət
Azərbaycan Prezidenti: "Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər"

Azərbaycan Prezidenti: "Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər"

Daxili siyasət Daxili siyasət
LUİSS Universiteti təcrübəsini ADA ilə bölüşəcək

LUİSS Universiteti təcrübəsini ADA ilə bölüşəcək

Daxili siyasət Daxili siyasət
DTX-nin Gəncə şəhər idarəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

DTX-nin Gəncə şəhər idarəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Mingəçevir və Lənkəran gənclər paytaxtı seçiliblər

Mingəçevir və Lənkəran gənclər paytaxtı seçiliblər