Cəbrayılda DSX-nin hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri istifadəyə verilib

Cəbrayılda DSX-nin hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri istifadəyə verilib

Noyabr ayının 7-də Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri xidməti istifadəyə verilib.

Bu barədə “Birxeber.Az”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bununla əlaqədar təşkil olunan mərasimdə çıxış edən Xidmət rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni inşa edilən hərbi hissə komplekslərinin fəaliyyətə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunub, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.

Vətən müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb.

Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında iştirak edən Vətən müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib, həmçinin xidməti vəzifələrinin icrası zamanı fərqləndiklərinə görə bir sıra hərbi qulluqçular təltif olunub.

Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olunub, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlara, döyüş texnikalarına, silah və texniki vasitələrə baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilib.

HƏRBİ HƏRBİ
Rusiya FTX-nin Ermənistandakı dislokasiya məntəqəsinin atəşə tutulması xəbəri yalandır

Rusiya FTX-nin Ermənistandakı dislokasiya məntəqəsinin atəşə tutulması xəbəri yalandır

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun zabitləri: "Heydər Əliyevin sayəsində xalqla ordunun birliyi təmin olundu”

Azərbaycan Ordusunun zabitləri: "Heydər Əliyevin sayəsində xalqla ordunun birliyi təmin olundu”

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusunun Quru Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib

Azərbaycan Ordusunun Quru Qoşunlarında döyüş atışlı taktiki təlimlər keçirilib

HƏRBİ HƏRBİ
Müdafiə Nazirliyi: "Ermənistanın döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarılır"

Müdafiə Nazirliyi: "Ermənistanın döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarılır"

HƏRBİ HƏRBİ
"Alpan-2023": Hərbçilərimiz çətin pilotaj və döyüş manevrləri icra ediblər

"Alpan-2023": Hərbçilərimiz çətin pilotaj və döyüş manevrləri icra ediblər

HƏRBİ HƏRBİ
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti sığınacaq və döyüş texnikası məhv edilib

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti sığınacaq və döyüş texnikası məhv edilib

HƏRBİ HƏRBİ
MN: "Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunur"

MN: "Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunur"

HƏRBİ HƏRBİ
MN: Qanunsuz erməni silahlıların fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

MN: Qanunsuz erməni silahlıların fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

HƏRBİ HƏRBİ
DSX: "Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb"

DSX: "Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb"

HƏRBİ HƏRBİ
Ötən ay sərhəddə 1 milyon manata yaxın qaçaqmal saxlanılıb

Ötən ay sərhəddə 1 milyon manata yaxın qaçaqmal saxlanılıb

HƏRBİ HƏRBİ
Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub

HƏRBİ HƏRBİ
Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı ilə görüşüb, hərbi əməkdaşlıq müzakirə olunub

Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı ilə görüşüb, hərbi əməkdaşlıq müzakirə olunub