Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclasının keçiriləcəyi tarix açıqlanıb.

Birxeber.Az TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, MDB-yə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclası mayın 24-də Türkmənistanın paytaxtında Aşqabadda keçiriləcək.

Qeyd olunub ki, MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının fevralın 27-də Minskdə keçiriləcək iclasında Birliyin Hökumət Başçıları Şurasının gündəliyinin layihəsi müzakirə ediləcək.

Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının bundan əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə keçirilib.