İlham Əliyev Füzulidə yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

İlham Əliyev Füzulidə yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

"Report" xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyub, burada ağac əkib.

Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin qərargah binası ilə tanış olub.

Dövlət başçısı hərbçilərlə birgə foto çəkdirib, onları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Zakir Həsənov bildirib ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış olub.

Diqqətə çatdırılıb ki, şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə də tanış olub.

16:02

Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

“Report” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

HƏRBİ HƏRBİ
Moldova müdafiə naziri: "Rusiya bütün cəhdlərdən istifadə edir, ölkəmizin hava məkanı pozulur" - MÜSAHİBƏ

Moldova müdafiə naziri: "Rusiya bütün cəhdlərdən istifadə edir, ölkəmizin hava məkanı pozulur" - MÜSAHİBƏ

HƏRBİ HƏRBİ
Prezident: "Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır, bu, eyni zamanda ixracyönümlü sənaye olacaq"

Prezident: "Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır, bu, eyni zamanda ixracyönümlü sənaye olacaq"

HƏRBİ HƏRBİ
Müdafiə Nazirliyində “Media savadlılığı” mövzusunda tədbir keçirilib

Müdafiə Nazirliyində “Media savadlılığı” mövzusunda tədbir keçirilib

HƏRBİ HƏRBİ
Azərbaycan hərbçisi hospitalda vəfat edib

Azərbaycan hərbçisi hospitalda vəfat edib

HƏRBİ HƏRBİ
MN: "Ermənilərin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır"

MN: "Ermənilərin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır"

HƏRBİ HƏRBİ
"AKINCI" silahlı PUA-nın istismarı kursunu bitirən hərbçilərimizə sertifikatlar təqdim edilib

"AKINCI" silahlı PUA-nın istismarı kursunu bitirən hərbçilərimizə sertifikatlar təqdim edilib

HƏRBİ HƏRBİ
Zakir Həsənov Gürcüstanın Baş naziri ilə regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

Zakir Həsənov Gürcüstanın Baş naziri ilə regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

HƏRBİ HƏRBİ
Azərbaycanın müdafiə naziri Türkiyəyə başsağlığı verib

Azərbaycanın müdafiə naziri Türkiyəyə başsağlığı verib

HƏRBİ HƏRBİ
İrandan Azərbaycana 40 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 40 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb

HƏRBİ HƏRBİ
MN: Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub

MN: Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub

HƏRBİ HƏRBİ
Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən hindistanlı saxlanılıb

Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən hindistanlı saxlanılıb

HƏRBİ HƏRBİ
Zakir Həsənov: "Azərbaycan-Türkiyə təlimində bütün qoşunlar vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər"

Zakir Həsənov: "Azərbaycan-Türkiyə təlimində bütün qoşunlar vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər"