"SOCAR Midstream Operations”ın direktoru dəyişib

"SOCAR Midstream Operations”ın direktoru dəyişib

Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Midstream Operations” MMC-nin direktoru Fuad Əhmədov vəzifəsindən azad edilib.

"Birxeber.Az" xəbər verir ki, şirkətə rəhbərlik Fərhan Əliyevə həvalə olunub.

O, vaxtilə Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini olub.

Xatırladaq ki, "SOCAR Midstream Operations” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 59,501 milyon manatdır. Şirkət qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil edir.