UABD: "İran cinayətkar əməlləri ilə gücü tükənməkdə olan işğalçı Rusiyaya nəfəs verir"

UABD: "İran cinayətkar əməlləri ilə gücü tükənməkdə olan işğalçı Rusiyaya nəfəs verir"

"İran cinayətkar əməlləri ilə gücü tükənməkdə olan işğalçı Rusiyaya nəfəs verir".

"Birxeber.Az"un xəbərinə görə, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyətinin İranda baş verən hadisələr və İranın regionda yaratdığı təhdidlə bağlı bəyanatında bildirilir.

Bəyanatda son zamanlar İran adlanan dövlətin həm regiondakı hadisələrdə, həm də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində təcavüzkarın yanında yer alması qətiyyətlə pislənilib:

"Bəyan edirik ki, Ukraynada minlərlə günahsız insanın ölümünə, eyni zamanda milyonlarla insanın öz yurd-yuvasından didərgin düşməsinə işğalçı Rusiya ilə əlbir olan İran da məsuliyyət daşıyır.

İran dövləti bu cinayətkar əməlləri ilə gücü tükənməkdə olan işğalçı Rusiyaya nəfəs verir və onun təcavüzkarlıq niyyətinin gerçəkləşdirilməsinə bilərəkdən kömək edir. Rusiyaya silah satdıqlarını etiraf edən İran rəsmilərinin bu hərəkəti beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən diqqətə alınmalı, adekvat tədbirlər görülməlidir. Əks təqdirdə Rusiyanı silahla təchiz edən, Vətənimiz Azərbaycanı isə sərhəddə hərbi təlim keçməklə təhdid edən İranın bu aqressiyası davamlı xarakter alacaq".

Bəyanat müəllifləri vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında arzulanan sülh müqaviləsinin imzalanmasının gecikdirilməsində Rusiya qədər İranın da mühim rol oynadığı heç kimə sirr deyil:

"İran erməni təcavüzkarlığına dəstək verərək Azərbaycanın işğal altında olan sərhəd boyu kənd, şəhər və rayonlarını talamış, yurd yerlərimizin viran qoyulmasında iştirak etmişdir. Bu azmış kimi, İkinci Qarabağ savaşında Ermənistana həm maddi, həm də mənəvi dəstək verərək işğalçıya haqq qazandırmış, Azərbaycanın qələbəsini qısqanclıqla qarşılayıb.

İranın daxilində baş verən son hadisələrdə Cənubi Azərbaycanda yaşayan 40 milyondan artıq soydaşımızın hüquqları kobud şəkildə pozulur, fəal gənclərimiz həbs olunur və qətlə yetirilirlər. Uzun illərdir təməl milli hüquqlarından məhrum olan soydaşlarımız ana dildə təhsil ala, müstəqil media qurumları aça bilmir və bu kimi sosial-mədəni yaşam imkanlarının üzünə həsrətdirlər.

Fars-molla rejimi şovinist siyasətilə soydaşlarımızı sıxışdırır, onların milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafını, cəmiyyətdə layiqli mövqe tutmasını əngəlləyir, mədəniyyətimizin, milli mənəvi dəyərlərimizin aşınmasına bais olur. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlılar ən ağır cəzalara məruz qalırlar.

İranda hakimiyyəti qəsb edən fars-molla rejimi bununla da kifayətlənməyərək zülmə etiraz səsini ucaldaraq ayağa qalxan xalqa qarşı zor işlətməyə davam edir. Bununla yanaşı, vaxtilə İrana zorla tabe etdirilmiş Cənubi Azərbaycanda da milli azadlıq hərəkatı zor gücü ilə boğulur, yaranmaqda olan Türk Birliyi ideyasının gerçəkləşməsinə zərbə vurulur.

Beynəlxalq ictimaiyyət bütün bunları əsas götürərək sivil dünya düzənini Rusiya-İran təhdidindən xilas etməlidir.

Ukraynada yaşayan UABD üzvləri olaraq hər zaman olduğu kimi, bundan sonra da sənublu soydaşlarımızın yanında olacağımızı bəyan edir, onların haqq səsinə səs verir, eyni zamanda digər ölkə və şəhərlərdə yaşayan Azərbaycan diaspor təşkilatlarını da bu bəyanata qoşulmağa dəvət edirik".

Diaspor Diaspor
Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Diaspor Diaspor
Azərbaycanın İtaliyadakı icması İrandakı terrorla bağlı beynəlxalq birliyə müraciət edib

Azərbaycanın İtaliyadakı icması İrandakı terrorla bağlı beynəlxalq birliyə müraciət edib

Diaspor Diaspor
Daşkənddə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Daşkənddə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Diaspor Diaspor
Bu il xarici ölkələrdə Qarabağ və Bazar günü məktəblərinin sayı artırılacaq

Bu il xarici ölkələrdə Qarabağ və Bazar günü məktəblərinin sayı artırılacaq

Diaspor Diaspor
Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun yaranma günləri qeyd edilib

Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun yaranma günləri qeyd edilib

Diaspor Diaspor
Azərbaycan icması Torontoda Ermənistanın təxribatlarına qarşı aksiya keçirib

Azərbaycan icması Torontoda Ermənistanın təxribatlarına qarşı aksiya keçirib

Diaspor Diaspor
Assosiasiya sədri: “Qarabağ haqqında bütün materialları Litva dilinə çevirib 140 deputata göndərmişik” - MÜSAHİBƏ

Assosiasiya sədri: “Qarabağ haqqında bütün materialları Litva dilinə çevirib 140 deputata göndərmişik” - MÜSAHİBƏ

Diaspor Diaspor
Estoniya parlamentinin işçi qrupu Xocalı qətliamını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir

Estoniya parlamentinin işçi qrupu Xocalı qətliamını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir

Diaspor Diaspor
Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa çağırıb

Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa çağırıb

Diaspor Diaspor
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Nyu-Yorkda qeyd olunub

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Nyu-Yorkda qeyd olunub

Diaspor Diaspor
Novruz bayramı Avropa Şurasında qeyd olunub 

Novruz bayramı Avropa Şurasında qeyd olunub 

Diaspor Diaspor
Tbilisidə “Xocalıya ədalət” tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib

Tbilisidə “Xocalıya ədalət” tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib