İran səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

İran səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bununla bağlı diplomatik missiyanın "X" hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Bakıdakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir", - paylaşımda qeyd olunub.