Bakıda xalq artistini maşın vurdu - Dəhşətli qəza... / VİDEO

Yenicag.az / Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova ölümdən dönüb.

Aktrisa ağır qəza keçirib, onu maşın vurub. F.Mahmudova bu barədə ARB-nin “Səhər-səhər” verilişində qonaq olarkən deyib:

“Çox ağır qəzada ölümdən döndüm. Allah mənə kömək oldu”.

Verilişin aparıcısı Elgiz də aktrisanın qəzadan sonrakı görkəmi barədə danışıb:

“10 gün əvvəl bir məclisdəydim. Fatma xanım gəldi, ay Allah nə gündəydi, dəli oldum. Dedim bu qadına nə olub görəsən? Ağır qəza keçirmişdi, sürünə-sürünə də olsa, məclisə gəldi. Nə olmuşdu, maşın vurmuşdu sizi”.

Aktrisa bu barədə danışmaq istəmədiyini bildirib: “Danışmaq istəmirəm, guya danışanda nə olacaq ki? Əsas Allahdır. Yetimə gəl-gəl deyən çox olar, çörək verən az. Bu yaxınlarda ağır əməliyyat olundum, başıma bu iş gəldi. Mən belə şeylərlə reklam olunmaq istəmirəm”.

Rəylər

Bağla(X)