Günlük qadın bezi necə istifadə edilir? - Həkim məsləhəti

BİRxeber.az / Qadınların günlük həyatında böyük rahatlıq yaradan günlük qadın bezləri haqqında müxtəlif fikirlər səsləndirilir.

Bir çox tibb işçiləri günlük qadın bezlərinin vaginal infeksiyaya səbəb olduğunu deyirlər. Qadın xəstəlikləri üzrə mütəxəssis Ebru Zülfüqaroğlu hesab edir ki, deyilənlər gerçək deyil:

“Qadın orqanizmi vaginanın nəmli və təmiz olması üçün bəzi mayelər buraxırır. Vaginal boşalma adlanan bu mayelər bədəninizin sağlam olduğunu göstərir və buna görə də çox vacibdir. Lakin bu mayelər gün ərzində paltarın kirlənməsinə səbəb olur. Nəticədə müxtəlif infeksiyalar meydana gəlir. Buna görə də, paltarları təmiz və quru saxlamaq üçün qayğı göstərilməlidir. Günlük qadın bezləri bu baxımdan əvəzsizdir”.

Ebru Zülfüqaroğlu günlük qadın bezlərinin hansı hallarda istifadə edilməsinə də aydınlıq gətirib:

“Qadınlar aybaşı dönəmindən başqa digər günlərdə istifadə edə bilərlər. Adı üstündə - günlük qadın bezləri. Bu bezlər ən çox idman edərkən və ya uzun bir səyahətə çıxarkən lazım olur. Amma çalışın ki, dermatoloji testlərdən keçərək hazırlanan günlük qadın bezlərindən istifadə edəsiniz. Gündəlik bez seçərkən axının tez-tez təkrarlanması nəzərə alınmalıdır”.

Rəylər

Bağla(X)