XALQ ARTİSTİ VƏFAT ETDİ - SƏNƏT DÜNYASINA AĞIR İTKİ...

APA / Rusiyanın xalq artisti İqor Oxlupin vəfat edib.

Aktyor iyunun 9-da 80 yaşında ölüb. İ. Oxlupin uzun müddətdir xəstəxanada müalicə alırdı.

Aktyor 1938-ci ildə Moskvada anadan olub. 1960-cı ildə Şukin ali teatr məktəbini bitirib. Həmin ildə Mayakovskinin adını daşıyan teatrın truppasına daxil olub. Aktyor bu teatrda “Hamlet”, “Kuraj ana və uşaqları”, “Çar Edip”, “Qağayı”, “Ölü canlar” və başqa tamaşalarda müxtəlif obrazlar yaradıb.

İ. Oxlupin eyni zamanda bir sıra filmlərdə də fərqli rollarda çıxış edib.

Rəylər

Bağla(X)