Rəqsanənin kriminal aləmlə bağlılığı var? - "Böyük qardaşlar"... / VİDEO

Minval.info / Müğənni Rəqsanə İsmayılova maraqlı açıqlamalar verib.

“Səhər-səhər” verilişinin qonağı olan sənətçi “Bivəfa” mahnısı ilə bağlı reper “Cin”lə arasında olan qalmaqaldan danışıb:

“Bu mahnını mən oxuyub tanıtdırmışam. Proyektdə “Bivəfan”ı ifa etdilər. Özüm də bəyəndim, “Instagram” hesabımda Cinin oxuduğunu paylaşdım. Sonra baxdım ki, bir dəfə də efirdə mənim adımı çəkmədi. Bu, mənə təsir etdi. Dedim, belə hörmətsizlik olar?! Sən “Bivəfan”ı məndən eşitmisən. Bu mahnının sözlərini pulla yazdırmışam. Durub deyir ki, şairin sözləridir”.

Müğənni Rəqsanə daha sonra mövzu ilə əlaqədar reperin video vasitəsilə çıxış etməsindən söhbət açıb:

“Bu, mənə çox təsir etdi. Birincisi, Rəqsanə uşaq deyil, 39 yaşım var. Mənim elə dostlarım, ətrafım var ki, nəinki Cin, heç kəs o səhvi edə bilməz. Aradan 20 dəqiqə keçmədi, sağ olsun, qardaşlarım, dostlarım ona yığıb dedilər ki, “çaşıb belə səhv eləmə”. Yəni kişiyə yaraşmaz, mahnını oxuduğun bəs deyil, hələ bir məni təhqir edirsən. Həmin dəqiqə videonu yığışdırdı və məndən üzr istədi.

Rəylər

Bağla(X)