Neftin qiyməti son illərdə ilk dəfə 80 dolları keçdi

BİRxeber.az / Neft 2014-cü ilin noyabr ayından bəri ilk dəfə olaraq 80 dollardan yuxarı qiymətə satılır.

"Brent" markalı neftin  qiyməti  London birjasında 1,1% artaraq 80,18 dollara satılır.

Ekspertlərin rəyincə, neftin bahalaşmasına ABŞ-da neft ehtiyatların azalması, bu ölkənin İranla nüvə sazişindən çıxması və yeni sanksiyaların tətbiq edilməsi səbəb olub.

Qeyd edək ki, Bakı vaxtı ilə səhər saatlarında "Brent" markalı neftin qiyməti  79 dollar/barelə yaxın idi.

Rəylər

Bağla(X)